esed

Əsəd Cahangir – “Özünüdərk” (esse)

Gənclik yaşlarımdan indiyə qədər özümün “qeyri-adi yaddaş”ımla ətrafdakıları heyrətləndirmişəm. Kiməsə botanika dərsliyindən yadımda qalan “mərcangilə və qaragilə iyirmi beş illik bitkidir” sözlərini deyəndə,...
36861890_353120681890027_7463987397567447040_n

Akşin Xəyal – Poçtalyon ( Hekayə)

Çöldən ayaq səsləri eşidib, əlimdəki təzə süzdüyüm çayı taxtadan düzəlib, rənglənməmiş stolun üstünə qoyub, pəncərənin çirkli şüşəsindən boylandımsa da, heç kimi görə bilmədim. Oturub çayımı üfürə-üfürə qurtumlamağa başl...
aytel

İradə Aytel – TALEH (hekayə)

  Qaranlıq, tənha bir qış gecəsi… Qatarın dəmir ayaqlarının taqqıltısı və arabir eşidilən fit səsi olmasaydı, o özünü bu dünyanın adamı bilməz, hansısa kimsəsiz, qərib bir çöllükdə hiss edərdi. O tələsirdi… Səhərə t...
47578301_1439668872836871_1252917985459306496_n (1)

QOŞA FİNCAN


  O zamanlar atam sanatoriyalardan, kurortlardan qayıdanda bizə cürbəcür hədiyyələrlə yanaşı, üstü yazılı

 qablar-suvenirlər də gətirərdi. Uşaqlıq xatirələrimin içində üstü zərli hərflərlə yazılmış iki fincan da var. Bu fincanlar həmişə servantın üstündə olurdu. Birinin üstündə "Oğlum Həsənə atasından hədiyyə" , o birisinin üstündə isə "Qızım Reyhana atasından hədiyyə" sözləri yazılmışdı. Lap aşağıda isə "Qaqra" sözü və mənim doğum tariximdən iki il əvvəli göstərən tarix qeyd edilmişdi. Servantın alt gözündə üzərində zərlə anamın adı və yenə həmin tarixin qeyd olunduğu bir dəst nəfis boşqab da vardı. Mənim işim isə o boşqablarla deyil, servantın üstündəki həmin o iki fincanla idi. Tez-tez gedib onları əlimə alar, üstündəki yazıları oxuyar və qibtə ilə köks ötürərdim...
  Mən hərfləri çox tez öyrənmişdim deyə harda nə yazı görsəydim, oxuyurdum. Fincanların üstünü ilk dəfə oxuyanda anamın yanına qaçıb ondan soruşdum ki, bəs atam mənə niyə üstünə adım yazılmış fincan gətirməyib? Anam dedi:
-Qızım, sən onda hələ anadan olmamışdın axı.
Mən bu cavabla razı düşməyib dedim:
-Nolsun anadan olmamışdım? O yazdırıb gətirəydi, iki ildən sonra anadan olasıydım da mən.
 Anam mənim bu sözlərimə ucadan güldü, məni bərk-bərk qucaqlayıb bağrına basdı, saçlarımdan öpdü. Mən elə bildim, məni ovutmaq üçün belə edir.
Amma mən ovunmayıb şikayətləndim: 
- Qaqaşnan bacının üstündə adları yazılmış fincanları var, amma mənim yoxdur. Niyə?
 Bu sözləri deyərkən ağlamağa dolurdum. Mənə elə gəlirdi ki, atam böyük bacı-qardaşımı məndən daha çox istədiyinə görə onların şəxsən adına xüsusi hədiyyə alıb, mənə isə yox (bəzi böyüklərin belə başa düşmədiyi bir həqiqəti balaca uşaq olan mən necə anlaya idim ki, sevginin böyüyü, kiçiyi, çoxu, azı olmur, sevgi müstəsna bir duyğudur: o ya var, ya da yoxdur, atanın sevgisi isə olmaya bilməz!)
...Sonralar atam səyahətlərdən qayıdanda yenə hamımıza üstü yazılı-yazısız suvenirlər, aksesuarlar alıb gətirərdi. Mən də bir az böyüyəndən sonra anamın mənim sözlərimə niyə güldüyünü, mənim uşaq saflığıma qarşı riqqətli hərəkətinin mənasını anlamışdım, amma bununla belə mənim üstünə adımın yazıldığı fincan həsrətim eləcə ürəyimdə qaldı. Ondan sonra mənə hər ildə bir dənə üstünə zərlə adım yazılmış fincan bağışlasaydılar belə, bu, yenə ürəyimdəki o həsrəti əridə bilməzdi, çünki o həsrət mənim fincanların sırasında özümə aid olan birisini görmədiyim anda cızılmış uşaq könlümün çatları arasına dolub orda bərkimişdi...

 

İMARƏT  CƏLİLQIZI

İMARƏT CƏLİLQIZI – “Qoşa fincan”

  QOŞA FİNCAN O zamanlar atam sanatoriyalardan, kurortlardan qayıdanda bizə cürbəcür hədiyyələrlə yanaşı, üstü yazılı qablar-suvenirlər də gətirərdi. Uşaqlıq xatirələrimin içində üstü zərli hərflərlə yazılmış iki fi...
Ruhumuz və dilimiz.
Tanınmış şəxsiyyətlərin dil haqqındakı fikirlərini oxuduqca, dilimizə sevgimin artmasına və bu dildə danışan bir xalqın övladı olmağımdan qürür duymağıma rəğmən, onunla bağlı dərdim də təzələndi. Ani olaraq ali təhsilli olsam da, xarici dil bilmədiyimdən qapıları üzümə açılmayan ofislər, şirkətlər, təhsil kompleksləri yadıma düşdü. O qapılardan hər dəfə qayıdanda düşünürdüm ki, müstəqillik davamız, dilimizin dövlət dili olması heç kimdən asılı olmamaq, azad vətəndaş olmaq üçün deyildimi? Məgər biz bu davanı başqalarının dilini yurdumuzda hakim etmək üçünmü aparmışdıq? Bütün bu düşündüklərim, “Niyə mən öz dilimdə işləyə bilmərəm?” sualları sanki məni ruhdan salırdı.
        Bestujev-Marlinskinin “Azərbaycan (türk) dilini bilməklə bütün Şərqi gəzib dolaşmaq mümkündür” ifadəsi, Lermantovun dilimizi  Şərqin fransız dili adlandırması bu dilin əzəmətindən, böyüklüyündən xəbər vermirmi? Böyük rus şairi təsadüfənmi belə yazırdı: “Tatarca (azərbaycanca) öyrənməyə başlamışam, bu dil burada və ümumiyyətlə, Asiyada, fransız dili Avropada vacib olan qədər lazımdır. Heyf ki, indi öyrənib başa çatdıra bilməyəcəm, sonra lazımola bilərdi”. 
Dilimizin gözəlliyi “Kitabi-Dədə Qorqud” dastanlarında, “Divani- lüğət-ət türk” də, ustad Əbülüla Məərrinin XI əsrdə şagirdi Xətib Təbriziyə anlatdığı sözlərdə, Füzuli qəzəllərinin ruhunda, Aşıq Ələsgər qoşmalarının nəfəsində, Məmməd Araz  şeiriyyətinin istiliyində deyilmi? 
Bu, həqiqətən, belədirsə, dilimiz bütün leksik-semantik fikir çalarlarına sahibdirsə, digər dillərə məhəbbət, sevgi, ana dilinə biganəlik haradan qaynaqlanır? Niyə vaxtilə Şərqin aparıcı dili kimi qiymətləndirilən bir dili ölkəmizin aparıcı dili edə bilmirik? Bu qədər zəngin bir dilimiz olmasına rəğmən, niyə xarici şirkətlərdə işləyən süpürgəçilərimizə belə az qala xarici dil kursları təşkil edirik? “Öz ana dilimizdə danışmağı ar bilən fasonlu ədəbazlar” üzündəndirmi bunlar ? 
“Nə qədər dil bilsən, o qədər insansan” ən çox sevdiyim ifadələrdəndir. Təbii ki, mən Hüqonu, Bayronu, Geteni, Danteni orjinaldan oxumağı ürəkdən istərdim. Bütün dillərə sevgim və rəğbətim də sonsuzdur. Amma mənim öz anam,öz ana dilim var. Böyük ədibimiz F.Köçərli yazırdı: “Ana dili millətin mənəvi diriliyidir... Ananın südü bədənin mayəsi olduğu kimi, ana dili də ruhun qidasıdır”. Anamızı sevdiyimiz kimi dilimizi sevməliyik, onu ruhi qidamız kimi qorumalıyıq. Oz dilini yaşatmayan xalqın dilini başqası yaşatmayacaq, öz ruhunu qaranlıq dalana salanı başqa ruhlular günəş işığına çıxarmayacaq. Unutmayaq ki, bu dil 50 milyonluq Azərbaycan və 300 milyonluq dünya türklərinin dilidir. Bu dili sevməyənlər, bu dilə xor baxanlara, bu dili ögey bilənlərə son olaraq böyük şairimiz B.Vahabzadənin aşağıdakı misralarını xatırladıram: 
Bu dil -  bizim ruhumuz,
Eşqimiz, canımızdır.
Bu dil – bir-birimizlə
əhdi – peymanımızdır.
Dilimizi sevək, qoruyaq,yaşadaq!

Pərvanə O-nurlu – “Ruhumuz və dilimiz”.

              Ruhumuz və dilimiz. Tanınmış şəxsiyyətlərin dil haqqındakı fikirlərini oxuduqca, dilimizə sevgimin artmasına və bu dildə danışan bir xalqın övladı olmağımdan qürür duymağıma rəğmən, onunla bağlı dərdim də t...
56344501_2623761660970829_6040904474287931392_o

Qalib Şəfahət – Mühakimə (HEKAYƏ)

Qəflətən başına ağır zərbə endirilmiş  kimi yuxudan dik atıldı. Gözləri alacalanırdı. Sifətini turşutdu. Üz-gözü qantərin içində idi. Elə bil başını suya basıb çıxarmışdılar.  Öskürək sinəsində vulkan kimi püsgürürdü.  Y...
img1873029

Kənan HACI – “BOZ İLAN” (hekayə)

… Ev-eşiyi yox idi. Sığındığı yer dünyayla üzülüşmüş, divarlarını mamır basmış yastı-yapalaq, tənha bir daxmadan ibarət idi. Bu daxma onun müvəqqəti sığınacaq yeri idi. Ucu-bucağı olmayan, təkcə bir tərəfi çay daşl...
26168538_1973881102625558_3805349614218759972_n

İradə Aytel – SƏHV DÜŞƏN «FATİHƏ»

(hekayə) Axşamdan bir yerdə qərar tutmayan Simnaz, gecəni səhərə dirigözlü  açmışdı. Bu gün onun bacısı Çimnazın ölümünün ildönümü idi. Dərdi-azarı olanda, sıxılanda, hətta ağrıyıb-acıyanda da Çimnazın məzarını ziyarət e...
E. Cabbaroğlu(1)

EYYUB CABBAROĞLU – Esselər

HAMAM SUYU BƏHANƏDİR Hamam suyu ilə tutulan dostdan bir müddət sonra necə qoxu gəldiyini hamı olmasa da, başına gələnlər bilirlər. Heç kimə arzulamıram, çox kötü şeydir. İlk baxışda adama elə gəlir ki, iyi olmayan və dai...
ZAHİD QASIMLI

  Ali təhsilli filoloq, yazıçı-publisist, Mingəçevir Bələdiyyəsinin üzvü, hekayə və publisistik yazıları çeşidli qəzet-jurnallarda və müxtəlif adlar altında nəşr olunan ədəbi almanaxlarda işıq üzü görüb. AYB Mingəçevir bölməsinin nəzdində fəaliyyət göstərən “Palitra” Ədəbi Klubunun rəhbəridir.

Zahid Qasımlı – BİR OVUC TORPAQ

(hekayə) Eldar düşüncələr burulğanından qurtula bilmirdi. Bir-birini təkzib edən fikirlərin mübarizəsində qalibi müəyyən etməkdə çətinlik çəkirdi. Bu səfər ona nüfuzunu itirmək bahasına başa gələ bilərdi. Ermənilər Qarab...
26168538_1973881102625558_3805349614218759972_n

İradə Aytel – QONAQLIQ  

(hekayə) Yolçuluq onu yormuşdu. Zarafat deyil, gecə səhərə kimi yol gəlmişdi, həm də Qazax-Bakı qatarı ilə. Öz-özünə deyinirdi: “andıra qalsın kasıbçılığı, ağlı olan da plaskardda yol gedər? Yan-yörəndəkinin iyi-qoxu, xo...