
Akif ABBASOV – “Gözəl taxtın olunca, gözəl baxtın ola”...
(“Acı xatirələr” romanından) Yenə kənddə çal-çağır idi. Çolaq Dünyamalının qızı Aytəni gəlin aparırdılar. Nailə gəlinin yanında idi. Geyinib-keçinmişdi. Bir yar-yaraşığa minmişdi ki, gəl görəsən! Gəlini nə qədər bəzəsələ...